Türkiyədə qəribə oğurluq hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfada Ceynlanpınar qəsəbəsində baş verib. Uşaqları ilə qonaqlığa gedən Pınar H. adlı qadın evə dönərkən televizorun oğurlandığını görüb. O, bununla bağlı polisə müraciət edib.
Polis əməkdaşları təhlükəsizlik kamerası vasitəsilə oğrunun kimliyini müəyyən edərək, şoka düşüblər.
Məlum olub ki, qadının evindəki televizoru onun əri Rəşid H. dostu Cihat Ç. ilə oğurlayıb. Ərlə arvadın boşanma ərəfəsində olduqları müəyyənləşib.
Araşdırma aparılır.