Aeroportda insanları girov götürüb 2 nəfəri öldürən əcnəbi saxlanıldı  - YENİLƏNİB
30 iyun 2023 19:36 (UTC +04:00)

Aeroportda insanları girov götürüb 2 nəfəri öldürən əcnəbi saxlanıldı - YENİLƏNİB

Moldovanın paytaxtı Kişinyovda aeroportunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

***
Saat: 18:58

Kişinyov hava limanında atışma olub, sərnişinlər binadan təxliyə edilir.

Lent.az “Near Abroad” teleqram kanalına istinadla bildirir ki, ilk atəşi ölkəyə buraxılmayan əcnəbi açıb. Həmin şəxs sərhədçiyə atəş açıb və otaqlardan birində barrikada qurub. Məlumata əsasən, güllələnən sərhədçi ölüb.

Hazırda Moldova paytaxtının aeroportunda hava hərəkəti dayandırılıb.

Həmçinin "Mash" teleqram kanalının məlumatına görə, insident nəticəsində sərhədçidən əlavə, bir qadın da həlak olub. Cinayətkarın hazırda bir neçə nəfəri girov saxladığı bildirilir.

# 3597
avatar

Oxşar yazılar