8 yaşlı qız  maşın oğurlayıb alış-verişə getdi - VİDEO
20 sentyabr 2024 17:44 (UTC +04:00)

8 yaşlı qız maşın oğurlayıb alış-verişə getdi - VİDEO

ABŞ-ın Ohayo ştatının Betford şəhərində 8 yaşlı qız valideynlərinin yolsuzluq avtomobilini oğurlayaraq alış-verişə çıxıb. O, evdən 30 km aralıda tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Nissan Rogue” yolsuzluq avtomobili və bir ailənin 8 yaşlı qızı Betfordda itkin düşüb. Valideynləri onun qaçırılmasından narahat olublar. Lakin müşahidə kameraları gözlənilməz mənzərəni göstərib - qız sükan arxasına keçib, maşını işə salıb və oradan uzaqlaşıb. Hüquq-mühafizə orqanları avtomobilin axtarışına başlayıb.

Tezliklə yolda hərəkət edən avtomobili görən bir şahid tapılıb. O bildirib ki, sürücü yol hərəkəti qaydalarını pozaraq avtomobili qismən qarşıdan gələn zolağa çıxarıb və bu, dərhal onun diqqətini cəlb edib.

Avtomobil mağazalardan birinin yaxınlığında tapılıb, lakin uşaq içəridə olmadığından axtarışlar davam etdirilib. Qız polisə bildirib ki, maşın sürərkən poçt qutusuna çırpılıb. Bundan əlavə, uşaq mağazada xərcləmək üçün evdən 400 dollar götürüb.

Betford polisi istintaq davam etdiyi üçün səkkiz yaşlı qıza qarşı irəli sürülən mümkün ittihamları şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Oxşar yazılar