Sumqayıtda idman zalında 7 yaşlı Fəridin ölməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb. Videoda müəllim Mehman Xəlilovun halsız vəziyyətdə yerdə uzanan Fəridi necə götürüb yerə çırpması əks olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən döyülüb. Uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb. M. Xəlilov barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.