100-dən çox it ticarət mərkəzinə hücum etdi - VİDEO
10 aprel 2024 16:03 (UTC +04:00)

100-dən çox it ticarət mərkəzinə hücum etdi - VİDEO

100-dən çox haski "Haha Husky Cute Pets" adlı it kafesindən qaçaraq Çinin Şençjen şəhərində ticarət mərkəzinə hücum edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müəssisənin işçiləri izah ediblər ki, haskilər uzun müddətdən sonra geri qayıdan sahibini görəndə seviniblər. Ev heyvanları kafedə qonaq peyda olduğu andan istifadə edərək, sahibini tez bir zamanda qarşılamağa qaçıblar.

Ticarət mərkəzi bir anda itlərin qaçdığı, qışqırdığı, qorxmuş və təəccüblənmiş alıcıların əlindən qəlyanaltılar da daxil olmaqla, gözə görünən hər şeyi aldığı oyun meydançasına çevrilib. Qaçan itləri tutmaq üçün kafe işçilərinə təxminən bir saat vaxt lazım olub. Müəssisənin rəhbərliyi daha sonra hadisəyə görə müştərilərindən üzr istəyib və onlara təzminat təklif edib.

Onlar haski tutmaqda köməklik edən polisə, ticarət mərkəzinin rəhbərliyinə və qayğıkeş yoldan keçənlərə də minnətdarlıqlarını bildiriblər. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, kafe adi qaydada fəaliyyətini davam etdirir.

Maraqlıdır ki, “Haha Husky Cute Pets”də ziyarətçilər tüklü dostlarının əhatəsində xoş vaxt keçirmək imkanı əldə edirlər.

# 1842
avatar

Oxşar yazılar