Valideyn münasibətləri  uşaqların beyninə   necə təsir edir? - AÇIQLAMA
04 may 2023 07:38 (UTC +04:00)

Valideyn münasibətləri uşaqların beyninə necə təsir edir? - AÇIQLAMA

Alman alimləri müəyyən ediblər ki, anasından nifrət və ya laqeydlik yaşayan insanlar daim bəyənilmək və digər sosial mükafatlar gözləyənlər arasında daha çox olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatçıların fikrincə, ana sevgisindən məhrum olan uşaqlar istəmədən valideyndən uzalaşmanın qurbanı olublar və bu, travma sonrası stress pozğunluğuna səbəb olub.

Yeri gəlmişkən, belə bir diaqnoz Ledi Qaqa və Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qoyulub. Avropa və Şimali Amerikada böyüklər arasında aparılan yeni bir neyroimaging tədqiqatı göstərib ki, erkən başlayan travma sonrası stress pozğunluğu beyində dəyişikliklərə səbəb olur.

Alimlər MRT aparatı vasitəsilə 118 könüllünün beynini təhlil ediblər, onların arasında 86 nəfərə psixi pozğunluq diaqnozu qoyulub və onlarda striatumun anormal çevrilmələri aşkar edilib. Beynin bu hissəsi sosial mükafatlarla tənzimlənən dopamin ifadəsinə təsir göstərir.

Bundan əlavə, tədqiqatın bir hissəsi olaraq, bir qrup tədqiqatçı sosial və pul mükafatları üçün bir test keçirib.

Təcrübə zamanı alimlər subyektlərə maddi nemətlərə aid müxtəlif şəkillər (sikkələr, pul kisələri, əskinaslar), eləcə də müxtəlif emosiyalara malik insanların fotoşəkilləri nümayiş etdiriblər. Nəticə etibarı ilə, tədqiqat iştirakçıları cüzdan və sikkələri görəndə sevincli üzlərin təsvirinə reaksiya ilə müqayisədə çox daha az neyron impulslar əmələ gətiriblər.

Beləliklə, eksperiment göstərib ki, beynin striatumunda dəyişikliklər olan insanlar üçün sosial mükafatlar maddi mükafatlardan qat-qat önəmlidir. Məsələn, belə insanlarda sinir impulsları səviyyəsində qucaqlaşma, diqqət, insan istiliyi və qəbulu puldan daha çox dəyərləndirilir.

Eyni zamanda, beyin dəyişiklikləri həyat keyfiyyətini müəyyən edən digər amillərdə də əks olunur: valideyn laqeydliyi ilə üzləşən insanlar böyük depressiv pozğunluq, somatik əlamət pozğunluğu və travma sonrası stress pozğunluğu əlamətlərinin artması kimi psixi problemlərin inkişaf riski altında görünürlər. .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar