Koronavirus dərmanı qəbul edən uşağın GÖZ RƏNGİ DƏYİŞDİ
09 sentyabr 2023 15:37 (UTC +04:00)

Koronavirus dərmanı qəbul edən uşağın GÖZ RƏNGİ DƏYİŞDİ

Taylandlı həkimlər COVID-19 üçün dərman qəbul edərkən qeyri-adi yan təsir qeydə alıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, altı aylıq oğlanın göz rənginin virusa qarşı dərmanla müalicə olunduqdan sonra müvəqqəti dəyişdiyi müəyyənləşib.

Uşaq şiddətli öskürək və qızdırma ilə Banqkok klinikalarından birinə yerləşdirilib. Koronavirus testi müsbət nəticə verib və həkimlər uşağa xüsusi dərman təyin ediblər. Körpənin anası müalicəyə başladıqdan 18 saat sonra oğlunun qəhvəyi gözlərinin bənövşəyi rəngə çevrildiyini görüb.

Bundan qorxan qadın həkimlərə müraciət edib. Həkimlər körpənin qəbul etdiyi dərmanın flüoresan kimyəvi maddə buraxdığını və onun gözün buynuz qişasında yığıldığını izah ediblər. Buna baxmayaraq, həkimlər müalicə rejimini dəyişdirməyiblər. Çünki terapiya uşağın orqanizminə heç bir mənfi təsir göstərməyib.

Müalicə bitdikdən beş gün sonra hər şey normala dönüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Fidan İlqar

Oxşar yazılar