Yalnız içkilər  deyil: Təyyarələrdə qadağan olunan  5 qeyri-aşkar qida
01 dekabr 2025 14:42 (UTC +04:00)

Yalnız içkilər deyil: Təyyarələrdə qadağan olunan 5 qeyri-aşkar qida

0

Avropada təyyarə ilə səyahət edənlər üçün maye daşıma qaydaları hələ də ciddi şəkildə tətbiq olunur. Bəzi hava limanları bu qaydanı yumşaltmağa başlasa da, əksər yerlərdə 100 ml-lik limit qüvvədə qalır. Üstəlik, bu qayda düşündüyünüzdən daha çox məhsula aiddir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq 20 ilə yaxındır Avropa aeroportunlarında hər bir sərnişinin əl yükündə ümumilikdə 100 millilitrdən çox maye aparmasına icazə verilmir.

Söhbət təkcə içkilərdən getmir, bu limitə konsistensiyası mayeyə yaxın olan digər maddələr də daxildir.

Sərnişinlərin ən çox çaşdığı əşyalar

Mütəxəssislər maye kimi qiymətləndirilən və təyyarəyə götürülməsi qadağan olunan ən gözlənilməz əşyaların siyahısını təqdim edirlər:

Yumşaq pendir - kremli və yayılabilən pendirlər maye hesab olunur və 100 ml limitinə daxildir;

Cem, souslar, pürelər və oxşar tərkibli qidalar;

Mayeli marinadda olan konservlər, məsələn, Yunanıstandan zeytun bankası gətirmək istəsəniz, buna icazə verilməyə bilər;

Üz yağları, nəmləndirici kremlər, əl gelləri və digər oxşar kosmetika;

Zülal (protein) tozu - maye limitinə düşmür, lakin aeroportun skanerləri bütün növ tozlara həssasdır. Buna görə zülal tozunu əl yükündə aparmaq əlavə yoxlamalara və problemlərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar