Turistlər üçün qeyri-adi imkan:  Pulsuz qala bilərsiniz,  yalnız bir şərtlə
12 dekabr 2025 16:33 (UTC +04:00)

Turistlər üçün qeyri-adi imkan: Pulsuz qala bilərsiniz, yalnız bir şərtlə

0

İsveçin Skone bölgəsində qeyri-adi turizm təşəbbüsü başlayıb. Turistlər bir neçə gün ərzində meşənin içindəki kiçik bir daxmada tamamilə pulsuz qala bilərlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeganə tələb sakitliyi qorumaqdır. Kimsə yüksək səs çıxararsa, onun qalma müddəti dərhal dayandırılır.

Layihəyə böyük maraq var

Təşkilatçılar layihədə iştirak üçün Danimarka, Almaniya və Böyük Britaniyadan üç cütlük seçiblər. Ümumilikdə 30 ölkədən 200-dən çox müraciət daxil olub. Almaniyadan olan iştirakçı Yohanna Holm təəssüratlarını belə bölüşür: “Daxmada keçirdiyim günlər məni inanılmaz dərəcədə rahatlatdı və enerjimi bərpa etdi. İndi özüm və ailəm üçün belə bir yer tapmaq istəyirəm”.

Təbiət və səssizliyin sağlamlığa təsiri

Layihənin rəhbəri Jozefina Nordqren bildirir ki, təbiətlə təmas və səssizlik stressi azaldır, yuxunu yaxşılaşdırır, konsentrasiyanı artırır, psixoloji və fiziki sağlamlığı gücləndirir.

Visit Skåne təşkilatı qeyd edir ki, bu təşəbbüs müasir turizmin daha sakit, sağlam və davamlı ola biləcəyini göstərir. Səssizlik isə rifah üçün dəyərli bir “resurs” kimi təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar