İtaliyanın Piza şəhərinin məhşur qülləsinin yerləşdiyi hakimiyyət orqanları mərkəzi dəmir yolu vağzalının ətrafındakı ərazidə “qırmızı zona” elan edib. Səbəb isə cinayətlərin sayının artması olub. Yeni tədbirin məqsədi turistlərin təhlükəsizliyini artırmaqdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “qırmızı zona” bir neçə əsas küçəni əhatə edir. Bu ərazilərdə ciddi məhdudiyyətlər tətbiq edilib.
Bunlara parklama qadağası və aqressiv davranışda müşahidə olunan şübhəli şəxslərin uzaqlaşdırılması daxildir.
Şəhər hakimiyyətinin məlumatına görə, hər il Pisa Centrale stansiyasından təxminən 20 milyon sərnişin keçir. Onların əksəriyyəti gün ərzində, səhər 7-dən axşam 6-ya kimi səyahət edir.
Əvvəlki tədbirlər, o cümlədən təkmilləşdirilmiş işıqlandırma və müşahidə kameraları cinayət dalğasının qarşısını ala bilməyib. Qeyd edilir ki, qüllənin yerləşdiyi Möcüzələr meydanı cibgirlər üçün qaynar nöqtəyə çevrilib.
Cinayətkarların üsulları müxtəlifdir. Onlar toqquşmaları simulyasiya edir, istiqamət soruşur və ya turistlərin diqqətini yayındırmaq üçün uşaqlardan istifadə edirlər. Bəzi insanlar çantaları kəsmək üçün iti əşyalardan istifadə edirlər. Əlavə təhlükə küçə satıcıları və öz tamaşalarından oğurluq üçün pərdə kimi istifadə edən ifaçılardan gəlir.
2022-ci ildə Pizada hər 100 000 nəfərə 2151 oğurluq hadisəsi qeydə alınıb. Bu rəqəm şəhəri İtaliyada ən təhlükəli onluğa daxil edib. Bununla belə, problemin əsl miqyası daha böyük ola bilər, çünki bir çox hadisələr qeydə alınmır.
Çətinliklərə baxmayaraq, Piza turizm incisi statusunu qoruyub saxlayır. YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş əyilmiş qüllə şəhərin əsas simvolu olaraq qalır. Hər il milyonlarla turist bura gəlir, zəngin tarixi, memarlığı və mədəni irsi ilə maraqlanır.