Məşhur kurort şəhərində turistlərə qarşı  müharibə
05 iyun 2024 19:05 (UTC +04:00)

Məşhur kurort şəhərində turistlərə qarşı müharibə

Bu il bəzi Avropa şəhərləri turistlərə qarşı müharibə elan edib.

Lent.az xəbər verir ki, buna səbəb çox səyahətçilərin özlərini qeyri-adekvat aparması və yerli sakinləri narahat etməsidir. Bu xüsusilə İspaniyanın məşhur kurort zonası olan Menorkada qeydə alınıb.

İspaniyanın bir çox şəhərlərində sakinlər turistlərə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirirlər. Xüsusilə, Binibek Quyu kəndinin sakinləri adekvat turizmi dəstəklədiklərini söyləyiblər. Ancaq bir çox ziyarətçilər özlərini qeyri-adekvat aparmağa və şəxsi məkanlara daxil olmağa çalışıblar. Turistlər şəkil çəkdirmək üçün şəxsi eyvana qalxa, girişə daxil ola, pilləkənləri və qapıları döyə bilərlər. Sakinlər isə bütün bunları bəyənmədiyi üçün küçələri zəncirlə hasarlayıblar.

Turistlərin saat 20:00-dan 11:00-dək bəzi küçələrdə gəzməsi qadağan edilib. Bütün kənddə turist əleyhinə lövhələr vurulub. Avqust ayında isə sakinlər ümumiyyətlə kəndə qonaqların buraxılması ilə bağlı səs vermə təşkil edəcəklərin açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Sevinc Fərid

Oxşar yazılar