Türkiyədə elə bir ada var ki, ona ölkənin Maldiv adalarına cavabı deyilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Suluada adlanan bu ada turizmin aparıcı yerlərindən biri olan Antalya sahillərində yerləşir.
Lakin bu vəziyyətə baxmayaraq, ada hələ də tamamilə yaşayışsızdır ki, bu da onu izdihamdan gizlənmək istəyən turistlər üçün əsl xilasa çevirir, Adaya Antalyadan 40 dəqiqəlik qayıqla getmək olar.
Villa Plus Türkey adanı belə təsvir edir: "Ziyarətçiləri birbaşa açıqcadan çıxan mənzərə qarşılayır. Adanın sahil xətti incə, tozlu ağ qumla örtülüb və mavi suları həyatverici çimməyə dəvət edir".
Həmçinin deyilir ki, ada “minimal inkişaf”la “toxunulmamış təbii gözəlliyini” qoruyub saxlaya bilib. Suluadanın kristal təmiz suları isə canlılar üçün cənnətdir. Orada turistlər delfinləri və rahib suitilərini görə bilərlər.
Ümumilikdə Suluadada üzmək üçün əlverişli olan iki çimərlik var və turistlər zeytun ağacları arasında gəzmək üçün də adaya daxil ola bilərlər.
“Tripadvisor”da adaya gələn turistlər aşağıdakı rəyləri yazıblar: "Möhtəşəm çimərlik. Gözəl mənzərə"; "Türk Maldiv adaları. Əla dəniz. Suyu mükəmməl təmizdir".