Bir çox insanlar səyahət üçün populyar yerləri seçirlər. Məsələn, İtaliyada Roma və ya Venesiya... Onlar hər mövsüm turistlərlə dolu olur.
Ancaq bəzən belə şeylərdən yayınsanız, mütləq sizi təəccübləndirəcək heyrətamiz yerlər kəşf edə bilərsiniz.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ucuz qiymətə əvvəllər adını heç eşitmədiyiniz İtaliya şəhərinə səyahət edə bilərsiniz. Bu şəhərin adı Berqamodur.
"Əgər Berqamo haqqında heç vaxt eşitməmisinizsə, tək deyilsiniz. Buranı daha məşhur qonşuları, təxminən 60 km məsafədə yerləşən Milan, həmçinin İtaliyanın Qarda, Maggiore və əlbəttə ki, Komo gölləri kölgədə qoyub”, - turistlərdən biri deyib.
Berqamo iki hissədən ibarətdir: müasir şəhər mərkəzi və təxminən eramızdan əvvəl 500-cü ilə aid tarixi Città Alta rayonu. Bu şəhər bir sıra təpələrdə yerləşir və heyrətamiz qədim Venesiya müdafiə divarları ilə əhatə olunub.
Qeyd edək ki, bu şəhər çox kiçikdir və buna görə qonşu şəhərlərə ekskursiyaya çıxmaqla orada qala bilərsiniz. Məsələn, Berqamodan qatarla adambaşı 4 avroya cəmi bir saata çata biləcəyiniz məşhur Komo gölü var.