Dünyanın ən xoşbəxt ölkəsi:  bu 3 şeyi etmirlər,  dərdləri yoxdur
26 mart 2024 17:11 (UTC +04:00)

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi illik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, digər Skandinaviya ölkələri də ilk onluqda görünür. Ölçülmüş meyarlar arasında adambaşına düşən gəlir, eləcə də sosial dəstək kimi bir çox iqtisadi, siyasi və sosial parametrlər var. Xoşbəxtliyin təməlləri mövzusu üzərində çalışan fin psixologiya tədqiqatçısı Frank Martela yazdığı məqalədə finlərin niyə bu qədər xoşbəxt olması barədə sualı cavablandırıb.

O, xoşbəxtlər ölkəsində insanların heç vaxt etmədikləri üç şey barədə belə yazıb:

1. Biz özümüzü qonşularımızla müqayisə etmirik. Finlər sərvətlərini açıq nümayiş etdirən insanlara tərbiyəsiz kimi baxır, bunu qəbul etmirlər. Uğurlu görünməkdənsə, bizi xoşbəxt edən şeyə diqqət yetiririk. Özümüzü başqaları ilə müqayisə etmək əvəzinə öz standartlarımızı təyin etmək bizi xoşbəxt edir.

2. Təbiətin faydalarını unutmuruq və təbiətə əsla ziyan vurmuruq.

Ölkə əhalisinin əksəriyyəti təbiətin onlar üçün çox vacib olduğunu deyir. Təbiətin enerji və istirahət verdiyini hiss edirik. Ölkə əhalisinin əksəriyyəti yay tətilindən kənd yerlərinə getmək, təbiətlə təmasda olmaq üçün istifadə edir.

3. Biz cəmiyyətdə inam dairəsini və bizə olan güvəni əsla qırmırıq.

İnam nə qədər yüksəkdirsə, insanlar bir o qədər xoşbəxt olurlar. 2022-ci ildə "itirilmiş pul kisəsi" təcrübəsi ilə dünyanın 16 ölkəsini gəzdik, müxtəlif şəhərlərdə küçələrə 192 pul kisəsi atılaraq insanların dürüstlüyünü yoxladıq. Helsinkidə 12 pul kisəsindən 11-i sahibinə qaytarıldı. Finlilər bir-birlərinə güvənirlər və dürüstlüyə dəyər verirlər. Deyir ki, kompüterinizi kitabxanada unutsanız yaxud telefonunuzu qatarda itirsəniz, onun geri qayıdacağına əmin ola bilərsiniz. Uşaqlar çox vaxt məktəbdən evə ictimai avtobusla gedirlər və onlara hamı nəzarət edir.

# 12828
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar