Bu ölkədə turistlərə çimərliklərdə yeni məhdudiyyətlər  tətbiq edilir
12 fevral 2026 15:02 (UTC +04:00)

Bu ölkədə turistlərə çimərliklərdə yeni məhdudiyyətlər tətbiq edilir

0

İspaniyanın turistlər arasında populyar olan Balear adalarına, o cümlədən Mayorkaya səfər edənlər 2026-cı ildən etibarən çimərliklərə girişlə bağlı yeni qaydalarla üzləşəcəklər. Xüsusi tətbiq çimərliklərdə yer olub-olmadığını göstərəcək. Balear adalarının prezidenti Marqa Prohens Madriddə keçirilən Beynəlxalq Turizm Sərgisində (FITUR) çıxışı zamanı çimərliklərin həddindən artıq sıxlığını azaltmaq məqsədilə “innovativ” bir tətbiqin istifadəyə veriləcəyini elan edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2026-cı ilin ikinci rübündən başlayaraq tətbiq istifadəçilərə ən populyar çimərliklərin nə qədər dolu olduğunu izləməyə, suyun temperaturunu görməyə və çimərlikdə qaldırılan bayraqlar barədə məlumat almağa imkan verəcək.

Prohensin sözlərinə görə, yüzlərlə çimərlikdə xüsusi sensorlar quraşdırılacaq. Bununla yanaşı, turizm məlumatlarının toplanması üçün ayrıca veb-platforma da istifadəyə veriləcək. Platforma idarəetmə qurumları, ictimaiyyət və operatorlar üçün açıq olacaq və məqsəd turizmin daha dəqiq, şəffaf və hamı üçün əlçatan məlumatlar əsasında idarə edilməsidir.

“Bu, administrasiyalara turist axınlarını yönləndirməyə, turistlərə və yerli sakinlərə isə daha rahat və sakit qərarlar verməyə imkan yaradacaq”, - Prohens qeyd edib.

Eyni zamanda, o, Balear adalarında turizmin mövsümdənkənar dövrlərdə də canlandırılması və mövcud modelin yenilənməsi istiqamətində irəliləyiş olduğunu vurğulayıb. Bu tədbirlərə turizm vergisinin tənzimlənməsi və aşağı mövsümdə istirahət üçün müəyyən güzəştlərin verilməsi də daxildir.

Tətbiqin istifadəyə verilməsi çimərlik mebellərinin sayının əhəmiyyətli dərəcədə azaldılması ilə eyni vaxta təsadüf edir. Belə ki, Palmada 2026-cı ilə qədər təxminən 1700 şezlonq çıxarılacaq. Bu da ümumi sayın təxminən 20%-i deməkdir. Məqsəd yerli sakinlər üçün daha çox boş məkan yaratmaq və çimərlik eroziyası ilə mübarizə aparmaqdır.

Yerlı hakimiyyət orqanları arzuolunmaz turist axınını azaltmaq və turistlərin qeyri-adekvat davranışlarına qarşı tədbirlər görmək üçün bir sıra sərt qərarlar qəbul edib. Xüsusilə, çimərliklərdə müxtəlif məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlərdən bəziləri,  məsələn, nudizmin və ya idman oyunlarının qadağan edilməsi yerli məmurlar arasında belə mübahisələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar