Bu il tətilə hara getmək olar? - ƏN MƏŞHUR YERLƏR
12 aprel 2024 10:24 (UTC +04:00)

Bu il tətilə hara getmək olar? - ƏN MƏŞHUR YERLƏR

Bir çox ölkələrdə turizm sektoru sürətlə inkişaf edir, ona görə də bu yay mövsümü səyahətçilər üçün xüsusilə aktiv və cəlbedici olacağını vəd edir. Mütəxəssislər bu ilin ən prestijli kurortlarının adını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ən məşhur istirahət yerləri arasında İtaliya, Yunanıstan, Xorvatiya və İspaniya var.

Lakin bir çox şəhərlər, böyük turist axını gözləyərək, onlar üçün müəyyən vergi və bir sıra məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Hazırda ən prestijli kurort Cavtat şəhəridir (Xorvatiya). Burada hər yerli sakinə 36 turist düşür. Müxtəlif qədim mədəniyyətlərin gözəlliyini özündə birləşdirən bu şəhər həm də “Avropanın ən gözəl körfəzi” adlanır.

Reytinqdə həmçinin Marbella (İspaniya), Positano (İtaliya), Kapri (İtaliya), Opatiya (Xorvatiya), Monte Karlo (Monako), Gstaad (İsveçrə), Saint Barthelemy (Fransa), Megeve (Fransa) və Montrö (İsveçrə) kimi şəhərlər yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5247
avatar

Arzu Qurbanlı

Oxşar yazılar