Bu il sərin ölkələrə gedənlərin sayı artıb – SƏBƏB
07 oktyabr 2024 12:25 (UTC +04:00)

Bu il sərin ölkələrə gedənlərin sayı artıb – SƏBƏB

Bu yay meşə yanğınları və isti havalara görə Şimali Avropa və Alyaskaya gedən turistlərin sayı artıb. 

Lent.az xəbər verir ki, kruiz operatorları, otel şirkətləri və aviaşirkətlər mülayim istiqamətlərə artan tələbatı ödəmək üçün səfərlər və yerləşdirmə yerləri əlavə edirlər. 

Məsələn, “Norwegian Air” şirkəti Norveçin şimalı ilə Avropa şəhərləri arasında 10 yeni marşrut açıb.

Şirkətin baş direktoru Geir Carlsen, "Avropadan şimal istiqamətlərinə artan marağa həvəslə yanaşırıq" deyib.  Alyaska, Kanada və Yeni İngiltərədə də yeni marşrutlar açılır. Bu yay təkcə Alyaskaya daxili uçuşlar 10% artıb.

Bu yay Norveç, İrlandiya və İsveçə beynəlxalq səyahətlər üçün iyun ayı etibarilə satılan biletlərin sayı keçən illə müqayisədə müvafiq olaraq 19%, 13% və 11% artıb.

Yaşayış sənayesində də xüsusi dəyişikliklər olur. Ev kirayəsi şirkəti “Airbnb” 2024-cü ilin birinci yarısında Norveç, İsveç və Alyaskada yay yaşayış yerləri axtarışlarında 15% artım qeydə alıb.

Bununla belə, sərin istiqamətlərə artan tələbat isti iqlimlərə səyahətə təsir etməyib. Cənubi Avropa istiqamətləri hələ də turistlər üçün çox cəlbedici olaraq qalır. Turistlər arasında ən populyar Avropa ölkələrini yanğınlar bürüyüb. 

Güclü istilər səbəbindən bir çox Avropa ölkəsində meşə yanğınları başlayıb . Yunanıstanda yanğın Afinaya yaxınlaşır, Portuqaliyada isə xilasedicilər ölkənin şimalında yanğınla mübarizə apara bilməsələr, insanlara təxliyə olunmaları barədə xəbərdarlıq edilir.

İspaniya, Xorvatiya və Albaniya da yanğınlardan və quraqlıqdan əziyyət çəkir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Sevinc Fərid

Oxşar yazılar