Avropanın ən pis hava yollarının  adları AÇIQLANDI
17 iyul 2024 11:09 (UTC +04:00)

Avropanın ən pis hava yollarının adları AÇIQLANDI

Avropanın ən pis hava yolları adları açıqlanıb. 

Lent.az xəbər verir ki, “Flightright” nəşri Avropanın hansı aviaşirkətlərinin daha çox gecikdiyini, hansıların daha çox uçuşları ləğv etdiyini və ya vaxtını dəyişdirdiyini, müştərilərin konkret daşıyıcının xidmətlərindən nə dərəcədə razı qaldığını təhlil edib.

Antireytinqə aviasiya sənayesinin iki ağırçəkili şirkəti başçılıq edib - ən aşağı reytinqləri “British Airways” və “Lufthansa” alıb.

Üçüncü yerdə İrlandiyanın“Aer Lingus” şirkəti olub. “Transavia France”ı ən yaxşı Avropa aviaşirkəti seçilib. Avstriya Hava Yolları isə ikinci yerdə qərarlaşıb. 

Qeyd edək ki, “Iberia” və “Turkish Airlines” isə çox etibarlı şirkət seçilib. Ancaq türk hava yolları uçuşların gecikməsi və ya ləğvi üçün kompensasiya ödəməkdə bütün digər şirkətlərdən daha pis hesab olunub.

Müştərilərin özləri ən çox Avstriya Hava Yolları və Condor-un xidmətlərindən razı qalıblar. Amma buna baxmayaraq, onlar da mümkün 5 ulduzdan sadəcə 3 ulduz ala biliblər.    
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Sevinc Fərid

Oxşar yazılar