2025-ci ildə turizmdə lider olan  ölkə: 89 milyondan çox qonaq ziyarət edib
07 yanvar 2026 17:33 (UTC +04:00)

2025-ci ildə turizmdə lider olan ölkə: 89 milyondan çox qonaq ziyarət edib

0

Fransa 2025-ci ildə də dünyanın ən çox turist qəbul edən ölkəsi statusunu qoruyub saxlayıb. İl ərzində ölkəyə 89,4 milyon xarici turist səfər edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

Məlumata görə, il ərzində qlobal turizm axını ümumilikdə 5 faiz artsa da, Fransa lider mövqeyini itirməyib və digər populyar istiqamətləri qabaqlayıb.

Reytinqdə Fransadan sonra ikinci yerdə 83,7 milyon turist qəbul edən İspaniya, üçüncü yerdə isə 79,3 milyon səfərlə ABŞ qərarlaşıb.

Qeyd olunur ki, turistləri Fransaya cəlb edən yalnız paytaxt Paris deyil. Ölkənin müxtəlif regionları da böyük maraq görür. Xüsusilə Lazur Sahilinin kurortları, Alp dağlarının xizək mərkəzləri, Bordo və Burqundiya şərabçılıq bölgələri, eləcə də Luara vadisinin orta əsr qalaları turistlər arasında yüksək populyarlığa malikdir.

Mütəxəssislərin fikrincə, Fransanın liderliyini qorumasına zəngin mədəni irs, füsunkar təbiət mənzərələri və ilboyu səyahət üçün əlverişli olan inkişaf etmiş turizm infrastrukturu imkan yaradır. Bu amillər ölkəni bütün mövsümlərdə turistlər üçün cəlbedici edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar