Yeni geyilə bilən iş robotu   təqdim edildi
03 dekabr 2024 00:11 (UTC +04:00)

Yeni geyilə bilən iş robotu təqdim edildi

“Hyundai” və “Kia” işçilərin iş yükünü asanlaşdırmaq məqsədi daşıyan yeni geyilə bilən robot “X-ble Shoulder”i təqdim edib.

Lent.az xəbər verir ki, bu robot işçilərin çiyinlərindəki yükü azaldaraq sənaye səmərəliliyini artırmaq və onurğa sistemi xəstəliklərini minimuma endirmək məqsədi daşıyır.

“X-ble Shoulder” qolun gücünü və dözümlülüyünü artırmaq üçün nəzərdə tutulmuşdur. Bu sistem çiyin yükünü 60 faizə qədər, deltoid əzələ gərginliyini isə 30 faizə qədər azalda bilər.

Sistem ildə 700 min təkrarlanan bükülmə və açılma əməliyyatı yerinə yetirmək üçün nəzərdə tutulub.

Robot 2025-ci ilin birinci yarısında “Kia” və “Hyundai”ın texniki xidmət və istehsal xətlərində istifadə olunmağa başlayacaq və 2026-cı ildə xarici bazara təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar