Yenilənmiş Apple Pencil ikinci versiyada istifadə edilən tutqun ağ örtük əvəzinə, 1-ci nəsil Apple Pencil və AirPods-da istifadə edilənə bənzər bir parlaq səthə sahibdir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, digər mühüm fərq Apple Pencil-in ucudur. 1-ci və 2-ci nəsil Apple Pencil asanlıqla dəyişdirilə bilən kiçik, vintli uclara sahib idi. Yenilənmiş model, Apple Pencil-in özünə birləşdirilə bilən daha uzun ucu var. Yeni Apple Pencil-in niyə yenidən işlənmiş ucu ola biləcəyi məlum deyil. Ancaq yəqin ki, bu daxili dizayn dəyişikliklərinin göstəricisidir.
Yenidən hazırlanmış başlıq, Apple Pencil üçün yeni funksionallığın gələcəyinə işarə edir. Keçən il iyul ayında Apple da qələmin rəngləri real aləmdən bir rəng sensoru vasitəsi ilə iPad-ə ötürməsini təmin edən bir patent üçün müraciəti edib. Bu səbəbdən Apple-ın "iPad" qələminin istifadəsini genişləndirməkdə maraqlı olduğunu düşünülür.