Xiaomi "Telegram"ı qadağan edir
12 avqust 2023 18:31 (UTC +04:00)

Xiaomi "Telegram"ı qadağan edir

Xiaomi-nin daxili xüsusi antivirus sistemi tətbiqi saxtakarlıq kimi təyin edərək “Telegram” messencerinin quraşdırılmasını qadağan etməyə başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, messenceri Xiaomi smartfonlarına quraşdırmaq istəyənlər proqramın təhlükəsizlik yoxlamasından keçmədiyi barədə mesaj alırlar. İddia olunur ki, “Telegram” saxta proqramdır.

Məlumata görə, bu problem yalnız Çində smartfonlarda istifadə olunan Çin MIUI mikroproqramında müşahidə olunur. Güman edilir ki, qadağası ÇXR hakimiyyətinin xarici messencerlərə girişi məhdudlaşdırmaq istəyi ilə bağlı ola bilər.

Bu təhlükəsizlik xüsusiyyətinin Çindən kənarda Xiaomi istifadəçilərinə, xüsusən də Çin versiyalarına əsaslanan MIUI mikroproqramından və ya xüsusi XiaomiEU-lardan istifadə edənlərə necə təsir edəcəyi bilinmir. Çox güman ki, qlobal MIUI “Telegram” və ya digər ölkələrdə qadağan olunmayan digər proqramları bloklamayacaq.

“Telegram” tərtibatçıları və Xiaomi hələlik bu vəziyyəti şərh etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5853
avatar

Oxşar yazılar