“Whatsapp”da yenilik: Səsli mesajları yazmaqdan əvvəl..
02 noyabr 2021 19:34 (UTC +04:00)

“Whatsapp”da yenilik: Səsli mesajları yazmaqdan əvvəl..

Bir çox “Whatsapp” istifadəçisi yazmaqdansa səsli mesaj atmağa üstünlük verir. Ancaq bəzən dediklərindən peşman olub, mesajı ləğv etmək istəyirlər. Bu halda mesajı atmazdan əvvəl onu dinləməkdə fayda var. 

Lent.az-ın məlumatına görə, “Whatsapp” bu yaxınlarda tətbiqin ən son beta versiyası “v2.21.22.6”da  səsli mesajla bağlı yenilik edib.      

Belə ki, istifadəçilər səs yazarkən artıq onu göndərməzdən əvvəl dinləyə biləcəklər. Bunun üçün “səsli mesaja baxış” funksiyası istifadəyə verilib.

# 23934
avatar

Sevinc Fərid

Oxşar yazılar