“Whatsapp”da istədiyimiz yenilik: Son görülməni, şəkilləri..
15 noyabr 2021 19:31 (UTC +04:00)

“Whatsapp”da istədiyimiz yenilik: Son görülməni, şəkilləri..

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “Whatsapp” tətbiqi dörd fərqli cihazdan istifadə etmək imkanı yaradıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Whatsapp” gizlilik parametrlərində dəyişikliklər edib.

Belə ki, artıq proqramda olan məlumatları istifadəçi kimə göstərmək istədiyini özü təyin edəcək.

“Whatsapp”-ın gətirəcəyi bu xüsusiyyət ilə şəkillərinizi, son görülmələrinizi və hekayənizi istədiyiniz şəxslər üçün seçə biləcəksiniz.

Qeyd edək ki, “Instagram”da buna oxşar funksiya “Close friends” adı altında uzun müddətdir ki, fəaliyyət göstərir.

# 10293
avatar

Sevinc Fərid

Oxşar yazılar