“WhatsApp”da gizli mesajı əngəlləməyin  YOLLARI
06 oktyabr 2021 18:04 (UTC +04:00)

“WhatsApp”da gizli mesajı əngəlləməyin YOLLARI

“WhatsApp” mesajlaşma proqramında tanımadığınız insanlardan mesaj alırsınız?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “WhatsApp”da naməlum və ya istənməyən istifadəçilərdən mesaj almağın qarşısını almağın bir neçə yolu var.

1. “Whatsapp”ı açın və sağ üstdəki üç nöqtəni vurun.

2. “Tətbiqlər”ə, hesaba, sonra məxfiliyə və sonda bloklanmış kontaktlara vurun.

3. Açılan ekranda yuxarı sağdakı əlavə işarəsini vurun və yenidən açılan ekranda bloklamaq istədiyiniz insanları seçin.

Blok edilmiş nömrələr sizə “WhatsApp”dan zəng edə və ya mesaj göndərə bilməyəcək. Ayrıca, xətdə olduğunuzda və ya olmadığınızda, status yeniləmələrinizi və etdiyiniz digər dəyişiklikləri görə bilməyəcəklər. Ancaq bu əlaqələri “WhatsApp”dan bloklasanız belə, nömrələri telefonun əlaqə siyahısında görünəcək. Tamamilə silmək üçün bu nömrələri telefon kitabçasından da əngəlləyin.

 

 

 

 

# 13029
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar