“WhatsApp”da çat-botu redaktə etmək  olacaq
09 iyul 2024 10:40 (UTC +04:00)

“WhatsApp”da çat-botu redaktə etmək olacaq

“WhatsApp”ın 2.24.14.20 nömrəli beta versiyasında yeni funksiya ortaya çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ortaya çıxmış yeni funksiya istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanını verir. 

Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək və istifadəçiyə onun tərkibi barəsində konteksti və ya məlumatı təqdim edəcək. İstifadəçi hətta Meta AI vasitəsilə fotonu redaktə də edə bilər. İstifadəçilər Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Met AI öz növbəsində istifadəçilərə fotoların redaktə edilməsi imkanını təklif edəcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar