“Whatsapp” yazışmaları qorumaq üçün yeni funksiyaya təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Məlumata görə, “WhatsApp”ın veb versiyasında da artıq ekranı kilidləmək mümkün olacaq. Bunun vasitəsilə icazəsiz şəxslərin messencerdən istifadəsini məhdudlaşdıra bilərsiniz.
Bu xüsusiyyət ilk dəfə 2022-ci ilin noyabrında təqdim olunmuşdu. İndi yenilik “Whatsapp Web”in çoxlu sayda beta testerləri üçün əlçatan olub. Bu funksiya messencerə girişi bloklamağa imkan verir və hər açılışdan sonra xüsusi parol daxil etməyi tələb edir.
İstifadəçi parolu unudubsa, o, sessiyanı bitirməli, sonra isə aktiv “Whatsapp” seansı olan kompüter və smartfonun ekranında QR kodundan istifadə edərək yenidən avtorizasiya etməli olacaq.
Bu funksiyanın işə salınması ilə kimsə onun yoxluğunda istifadəçinin kompüterinə daxil olarsa, parol daxil etmədən onun mesajlarını oxuya bilməyəcək. Həmçinin, parol daxil edilənə qədər push bildirişləri göstərilməyəcək.
Hazırda bloklama funksiyası sınaqdan keçirilir, buna görə də “WhatsApp Web”in stabil versiyasında hələ mövcud deyil. Oxşar funksiya bütün digər platformalar, o cümlədən Android və iOS-da messencer müştərisi üçün nəzərdə tutulub.