Məşhur “WhatsApp” messencerinin istifadəçiləri çatlarda stikerlərin yaradılması ilə bağlı yeni funksiyadan istifadə edə biləcəklər.
Lent.az xarici mediyaya istinadən xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb. Nəşrin mütəxəssisləri bildiriblər ki, messencer istifadəçiləri süni intellektdən (AI) istifadə edərək stikerlər yarada biləcəklər. "Bu seçim seçildikdə istifadəçidən stiker yaratmaq üçün təsviri daxil etmək istəniləcək" deyə ekspertlər izah ediblər. Stikerlər “WhatsApp”a sahib olan “Meta”nın təhlükəsiz texnologiyasından istifadə etməklə yaradılacaq. Əgər stikerin uyğun olmadığını hiss edirsinizsə, bu barədə Meta-ya məlumat verə bilərsiniz.
Yeni variant hazırda beta testerlərinin dar dairəsi üçün əlçatandır, lakin tezliklə geniş istifadəçilər üçün əlçatan olacaq.