“WhatsApp”  daha bir yeniliyi   təqdim etdi
28 sentyabr 2023 16:57 (UTC +04:00)

“WhatsApp” daha bir yeniliyi təqdim etdi

Məşhur “WhatsApp” messenceri daha bir yeniliyi elan edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektlə işləyən köməkçilər “WhatsApp” messencerində görünəcək. 

Portalın məlumatına görə, süni intellekt üzrə köməkçilərin köməyi ilə istifadəçilər yüksək keyfiyyətli kontent yarada biləcəklər. Onlar müxtəlif məsələlərdə köməkçilərlə məsləhətləşmək imkanı də əldə edəcəklər.

Bildirilir ki, istifadəçi mesajları end-to-end şifrələmə ilə qorunacaq, yəni şirkət işçiləri onlarda olan məlumatlara daxil ola bilməyəcəklər.

Süni intellekt köməkçilərinin nə vaxt istifadəçilər üçün əlçatan olacağı hələ ki məlum deyil.


 

# 20025
avatar

Sevinc Fərid

Oxşar yazılar