“TikTok”da da problemlər yarandı
04 oktyabr 2021 22:35 (UTC +04:00)

“TikTok”da da problemlər yarandı

Dünyanın bir sıra ölkələrində “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Lent.az “Report”a istinadən xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı bildirib.

Avropadan olan istifadəçilər əsasən mobil tətbiqetmənin işində yaranan problemlərdən şikayət edirlər. Eyni zamanda bəziləri serverə qoşula bilmir.

Qeyd edək ki, hazırda dünyanın bir sıra ölkələrində "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində problem yaranıb.

# 3414
avatar

Oxşar yazılar