"Telegram"da bu funksiya  PULLU OLACAQ
17 oktyabr 2022 14:22 (UTC +04:00)

"Telegram"da bu funksiya PULLU OLACAQ

“Telegram”ın standart funksiyalarından biri ödənişli olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra yalnız “Premium” abunəliyini aktivləşdirsəniz, çatlarda kanallar adından mesajlar göndərə bilərsiniz. 

Əgər ödənişli Premium abunəsi almamısınızsa, şərhlərdə və qruplarda yalnız şəxsi hesabınız adından yaza bilərsiniz, kanal adından deyil.

Buna səbəb, spam göndərənlər bu funksiya pulsuz olan zaman ondan sui-istifadə ediblər. Qruplardakı spamların və şərhlərin 80%-ə qədəri kanal adından şərh yazmaqdan gəlib. 

Qrup adminləri bu funksiyanın tamamilə ləğv edilməsi tələb edib. Lakin “Telegram” rəhbərliyi onu sadəcə ödənişli etmək qərarına gəlib, bu da spamın miqdarını əhəmiyyətli dərəcədə azaldacaq.

Xatırladaq ki, bir neçə ay əvvəl “Telegram” yaradıcısı Pavel Durov “Telegram Premium”un istifadəyə verildiyini elan etmişdi. O, söz vermişdi ki, standart funksiyalar ödənişsiz olaraq qalacaq və bəzi eksklüziv seçimlər ödənişli abunə üçün əlçatan olacaq. 

Qeyd edək ki, ödənişli abunə haqqı ayda təxminən 5 dollardır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6465
avatar

Fidan İlqar

Oxşar yazılar