Telefonunuz "uçmağa"  başlayacaq: bu sadə işi həftədə bir dəfə  etmək məsləhətdir
29 aprel 2026 14:36 (UTC +04:00)

Telefonunuz "uçmağa" başlayacaq: bu sadə işi həftədə bir dəfə etmək məsləhətdir

0

Mütəxəssislər smartfonun həftədə ən azı bir dəfə yenidən başladılmasını tövsiyə edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu sadə addım cihazın yaddaşını təmizləməyə, sistem xətalarını aradan qaldırmağa və ümumi performansı artırmağa kömək edir. 

Niyə telefon yavaşlayır?

Ekspertlərin sözlərinə görə, smartfon əməliyyat sistemi fon rejimində daim müxtəlif prosesləri idarə edir. Uzun müddət fasilə verilmədikdə isə kiçik sistem xətaları, tətbiqlərin donması və cavab müddətinin uzanması kimi problemlər yarana bilər.

Qeyd olunur ki, cihazın yenidən başladılması bir neçə mühüm funksiyanı yerinə yetirir: daxili prosesləri yenidən yükləyir, donmuş tapşırıqları bağlayır və operativ yaddaşı lazımsız fon tətbiqlərindən azad edir.

Nə qədər tez-tez etmək lazımdır?

Mütəxəssislər bildirir ki, konkret texniki qayda olmasa da, optimal interval həftədə bir dəfə hesab olunur. Bu, cihazın stabil işləməsini təmin etmək üçün kifayət edir.

Bəzi yeni modellərdə sistem özü istifadəçiyə yenidən başlatma ilə bağlı bildiriş göndərə bilər. Lakin belə funksiya yoxdursa, istifadəçilərə həftəlik xatırlatma qurmaq tövsiyə olunur.

Ekspertlər vurğulayır ki, mütəmadi restart yalnız performans üçün deyil, həm də təhlükəsizlik üçün vacibdir. Bu addım “zero-day” adlanan, hələ istehsalçı tərəfindən aradan qaldırılmamış boşluqlardan istifadə edən kiberhücum riskini azalda bilər.

Mütəxəssislər həmçinin bildirir ki, batareyanın ömrünü uzatmaq üçün onu 20–80 faiz aralığında saxlamaq daha məqsədəuyğundur. Daim 100 faizə qədər şarj etmək batareyanın daha tez köhnəlməsinə səbəb olur.

Qeyd edilir ki, düzgün istifadə vərdişləri smartfonun həm performansını, həm də istismar müddətini artırmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar