Telefonun şəbəkəsi zəif tutduqda  nə etməliyik?
17 dekabr 2022 10:25 (UTC +04:00)

Telefonun şəbəkəsi zəif tutduqda nə etməliyik?

Telefon şəbəkəniz zəif tutduqda onu xidmət mərkəzinə aparmağa tələsməyin.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şəbəkə tutmursa, deməli problem ya SIM kartda, ya da cihazın özündədir.

Bunun üçün telefonunuzu əvvəlcə yenidən başladın. Yenidən yükləmə kömək etmirsə, SIM kartınızı yoxlayın. Kartı başqa bir smartfona taxın. Əgər şəbəkə yenə tutmasa, deməli problem kartınızdadır. İstənilən operator mərkəzlərindən birinə yaxınlaşaraq kart pulsuz dəyişdirilə bilər.

SIM kartda hər şey qaydasındadırsa, problem smartfonun özündədir. Bundan sonra onu təmirə aparmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822
avatar

Sevinc Fərid

Oxşar yazılar