Telefonu maşında şarj  etmək doğrudur? - Ekspertdən CAVAB
08 dekabr 2023 11:09 (UTC +04:00)

Telefonu maşında şarj etmək doğrudur? - Ekspertdən CAVAB

İT mütəxəssisi Aleksey Uçakin avtomobildə smartfonları necə düzgün şarj etmək barəsində məsləhətlər verib. 

Lent.az xəbər verir ki, smartfonun akkumulyatorunun litium-ion batareya texnologiyasına əsaslandığını nəzərə almaq vacibdir. Çünki hər nə qədər bu akkumulyatorlar səmərəli olsa məhdud miqdarda doldurulur. 

"Bu o deməkdir ki, gec-tez onlar enerji saxlamaq qabiliyyətini itirəcək və batareyanın ömrü azalacaq", - deyə ekspert bildirib. 

Ancaq bu prosesi sürətləndirə biləcək bir neçə amil var.

“Məsələn, bir çox insanlar avtomobildə smartfonun doldurulmasının batareyaya mənfi təsir göstərəcəyini bilmir. Belə ki, avtomobildə enerji doldurma zamanı gərginlik dəyişə bilər. Bu da akkumulyatora mənfi təsir göstərir”, - həkim qeyd edib.

Onun sözlərinə görə, telefonu düzgün doldurduğunuzdan əmin olmalısınız. 

“Akkumulyatorun səviyyəsi təxminən 20-30% olduqda cihazı doldurmaq və şarj 80-90%-ə çatdıqda şarj cihazını ayırmaq lazımdır. Smartfonun 0-dan 100%-ə qədər doldurulması və tam doldurulduqdan sonra onu uzun müddət şarj cihazına qoşması akkumulyatorun vəziyyətini pisləşdirə bilər”, - mütəxəssis vurğulayıb.

Bundan əlavə, yüksək temperatur smartfonun batareyasına zərər verə bilər. Məsələn, telefonunuzu birbaşa günəş işığı altında və ya istilik mənbəyinin yanında qoymaq həddindən artıq istiləşməyə səbəb ola bilər və bu batareyanın ömrünü azaldar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6762
avatar

Sevinc Fərid

Oxşar yazılar