Telefonların dinamikini  düzgün təmizləməyin YOLLARI
18 dekabr 2022 19:48 (UTC +04:00)

Telefonların dinamikini düzgün təmizləməyin YOLLARI

Vaxt keçdikcə telefonun dinamiki toz və müxtəlif hissəciklərlə tıxanmağa başlayır. Bu da söhbət zamanı eşitməni çətinləşdirir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mobil cihazın dinamiki mütəmadi olaraq təmizlənməlidir.

Ancaq çox vaxt smartfon sahibləri dinamiki iynə ilə təmizləməyə üstünlük verirlər. Bu isə onun asanlıqla sıradan çıxmasına şərait yaradır.

Mobil cihazın dinamikinin təmizlənməsinin yolları aşağıdakılardır:

Sərt başlıqlı diş fırçası;

Taxta diş çubuğu;

Qulaq təmizləmə çubuqları;

Spirt və oxşar qarışıqlar.

Bunlardan ardıcıl şəkildə istifadə edərək smartfonun dinamikini asanlıqla təmizləyə bilərsiniz.

Qeyd edək ki, bu prosesdən sonra mütləq quru pambıqla dinamikin səthini qurulamalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Sevinc Fərid

Oxşar yazılar