Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək: BU TARİXDƏ
30 mart 2022 19:22 (UTC +04:00)

Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək: BU TARİXDƏ

Aprelin 1-də “2007 FF1” adlı asteroid Yer kürəsinin yaxınlığından keçəcək. 

Lent.az xəbər verir ki, NASA sözügedən asteroidi ölçüsünə görə potensial təhlükəli göy cismlərindən biri hesab edir. 

Ehtimal edilir ki, “2007 FF1” Yerdən 7.4 milyon km aralıda keçəcək. Bu isə Yer kürəsi ilə Ay arasında olan məsafədən 30 dəfə daha uzundur. 

110-260 metr diametrə sahib sözügedən asteroid Yerə yaxın olan asteroidlər (orbiti Yer kürəsinə yaxın məsafədən keçən asteroidlər) sinifinə daxildir.

Onun orbiti Yerin orbiti ilə kəsişir. Bu asteroid Günəş ətrafında tam dövrü 684 günə reallaşdırır. 

Sözügedən asteroidin çox da aydın olmayan fotosu martın 24-də “Virtual Telescope” layihəsinin astronomlarından biri tərəfindən çəkilib. Həmin vaxt asteroid Yer kürəsindən 11.6 milyon km məsafədə yerləşirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar