Sürücüsüz üzən  TAKSİ  -  VİDEO
07 noyabr 2021 17:31 (UTC +04:00)

Sürücüsüz üzən TAKSİ - VİDEO

Pilotsuz Roboat gəmisi Hollandiya paytaxtının kanallarında nümayiş olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, layihə dünyanın ən nüfuzlu universitetlərindən birinin - Massaçusets Texnologiya İnstitutunun (MIT) himayəsi altında, daha doğrusu, onun kompüter elmləri və süni intellekt laboratoriyasında Senseable City laboratoriyasının iştirakı ilə yaradılıb.

Qayıqlar beş sərnişin və ya 1500 kiloqram yük üçün nəzərdə tutulub. İnsanların daşınması ilə yanaşı, kanallardan zibillərin yığılması və yüklərin çatdırılması üçün onlardan istifadə edilməsi planlaşdırılır.

Bu cür aparatların digər qeyri-adi istifadəsi ondan ibarətdir ki, onlar qrup halında yığıla, bir-birinə uyğunlaşdırıla və kanalın bir tərəfindən digər tərəfinə müvəqqəti ponton körpüsü təşkil edə bilər.

Süni intellekt kameraların və lidarın köməyi ilə ətraf aləmə “baxır” və müstəqil olaraq digər üzən qurğuların əhatəsində təhlükəsiz marşrut qurur.

Roboat elektrik mühərrikləri ilə idarə olunur. Sürət - 6 km / saata qədərdir. Bir şarj suda 10 saatlıq səyahət üçün kifayətdir.

Sürücüsüz üzən taksi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4405

Oxşar yazılar

2025-ci ildə  ən populyar olan   avtomobillər - SİYAHI

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

3 aprel 2025 , 20:15
"Tesla"nın elektromobil tədarükü çökdü

"Tesla"nın elektromobil tədarükü çökdü

3 aprel 2025 , 14:43
Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

3 aprel 2025 , 13:25
Yeni  “Toyota Corolla”:   İlk  FOTOLAR

Yeni “Toyota Corolla”: İlk FOTOLAR

2 aprel 2025 , 18:14
Ən balaca  uçan robot hazırlandı

Ən balaca uçan robot hazırlandı

2 aprel 2025 , 15:57
 Süni intellektin  çətinlik çəkdiyi əsas insani bacarıqlar

Süni intellektin çətinlik çəkdiyi əsas insani bacarıqlar

2 aprel 2025 , 09:47
Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

1 aprel 2025 , 18:11
Yeni ekzoplanet kəşf edildi - Suyu da var

Yeni ekzoplanet kəşf edildi - Suyu da var

1 aprel 2025 , 17:43