"Starship" kosmik gəmisnin ilk orbital uçuşu  yanvarda baş tuta bilər
20 noyabr 2021 19:53 (UTC +04:00)

"Starship" kosmik gəmisnin ilk orbital uçuşu yanvarda baş tuta bilər

"SpaceX" şirkətinin CEO-su Elon Mask "Starship" kosmik gəmisinin ilk orbital uçuşunun yanvar ayında keçirilməsinə ümid edir.

Lent.az-ın məlumatına görə, hazırda ABŞ-ın Mülki Aviasiya üzrə Federal İdarəsi (FAA) "SpaceX" şirkətinin Boka-Çika kəndi (Texas ştatı) yaxınlığındakı bazasının yoxlanışını aparır və bu yoxlanış 31 dekabrdan tez yekunlaşmayacaq.

Mask məhz bunun fonunda "Starship"in ilk orbital uçuşu ilə bağlı bu cür bəyanat verib:

“Biz, dekabr ayında bəzi testləri edəcəyik və ümid edirəm ki, kosmik gəminin ilk orbital uçuşunu yanvarda reallaşdıracağıq”.

"SpaceX" şirkəti Starship kosmik gəmisi ilə "Super Heavy" ağır raketini Aya, Marsa və uzaq məsafədə yerləşən digər kosmik obyektlərə uçuş missiyalarında istifadə etməyi planlaşdırır. "Starship" raketinin ilk uçuş testləri artıq reallaşdırılıb və həmin uçuş testlərinin birində o hətta 10 km hündürlüyə də qalxıb. Növbəti test çərçivəsində isə kosmik gəmi orbital uçuşu reallaşdırmalıdır.

Təbii ki, həmin uçuş testi çərçivəsində kosmik gəminin daxilində heç kim olmayacaq. Lakin bu cür uçuş testlərinin reallaşdırılması üçün "SpaceX" şirkəti FAA-dan xüsusi icazə almalıdır.

Daha öncəki bəyanatlarında Mask bildirmişdi ki, o, "Starship"in ilk orbital testinin uğurlu olacağına ümid etmir. Lakin bununla belə, qeyd edib ki, kosmik gəmi mütləq şəkildə öz kosmik uçuşunu 2022-ci ildə reallaşdıracaq.

Bundan əlavə, "Starship"in çoxlu sayda uçuş testindən keçirilməsi planlaşdırılır. Bu üsulla testləri yekunlaşdırmaq və 2023-cü ildə "Starship"in faydalı yüklərlə birlikdə uçuşlarına başlamaq olar. Mask bildirib ki, "Starship" üçün irimiqyaslı istehsal xəttinin yaradılması bu proqram istiqamətində uzunmüddətli vacib addım sayılır. Belə ki, "SpaceX"in hazırda yaşadığı problemlərdən biri də "Raptor" mühərriklərinin ləng istehsal olunmasıdır./"technote"

# 2871
avatar

Oxşar yazılar