Robotlar insanları işsiz qoyacaq
01 noyabr 2021 22:40 (UTC +04:00)

Robotlar insanları işsiz qoyacaq

Mütəxəssislər hesab edir ki, növbəti 30 ildə iş yerlərinin əksəriyyətini robotlar tutacaq.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrinə görə, bununla da insan əməyinin artıq lazım olmadığı bir dövrdə həyatın mənasını axtarıb tapmaq üçün bəşəriyyət bu vaxta qədər rastlaşmadığı ən böyük çətinliklə üzləşəcəkdir.

ABŞ-ın Rays Universitetinin professoru Moşe Vardi iddia edir ki, növbəti bir neçə onillikdə əksəriyyətin gördüyü işləri maşınlar görəcək və işçilərin indiyə qədər olmadığı qədər çox asudə vaxtları olacaq. Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının Vaşinqtonda keçirilən illik toplantısında alimlər qeyd edib ki, robotların artması işsizlik səviyyəsinin 50 faizdən də çox yüksəlməsinə gətirib çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Sevinc Fərid

Oxşar yazılar