Qızıl örtüklü telefonlar  - Onlar kimin üçün istehsal olundu? - 498 min dollar
01 oktyabr 2021 15:30 (UTC +04:00)

Qızıl örtüklü telefonlar - Onlar kimin üçün istehsal olundu? - 498 min dollar

Lüks smartfon istehsalçısı “Caviar”, yüksək əyyarlıq qızıl örtüklü xüsusi “iPhone” 13 Pro Max modellərini təqdim edib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Rusiyada yerləşən lüks smartfon qabı və xüsusi iPhone istehsalçısı “Caviar”, son həftələrdə təqdim edilən “iPhone” 13 Pro Max modeli üçün xüsusi bir seriya istehsal edib. Tamamilə yüksək əyyarlı qızıldan hazırlanan ”iPhone” 13 Pro Max, telefonun seriya nömrəsi və model məlumatları üzərində diqqətlə hazırlanıb və həkk olunub. Bununla birlikdə, xərcləməyə pulu olanlar üçün “Caviar”, müxtəlif saxlama qabiliyyətinə malik "Total Gold"-a bir sıra “iPhone” 13 modellərini də daxil edib.

Ən aşağı yaddaş tutumuna malik modelin qiyməti 42 390 dollardan başlayır, qızıl örtüklü “iPhone” Pro Max isə 498 min dollara satılır.

 

# 5880
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar