Qalaktikada ən yüksək sürətlə hərəkət edən ulduz kəşf edildi
25 iyun 2023 16:33 (UTC +04:00)

Qalaktikada ən yüksək sürətlə hərəkət edən ulduz kəşf edildi

Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf ediblər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, lakin kəşf edilmiş 6 yeni ulduzdan biri bizim Günəşdən 120 dəfə daha sürətlə hərəkət edir. Bu cür ulduzlara qaçaq ulduzlar deyirlər. Belə ki, onlar ulduzlararası ətraf kosmik mühitdə çox yüksək sürətlə hərəkət edirlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Süd Yolu qalaktikasında Günəşin hərəkət sürəti saniyədə 19.4 km təşkil edir. Qaçaq ulduzların sürətləri isə saniyədə 1000 km-ə çata bilir.

Gaia adlı teleskop tərəfindən əldə edilmiş məlumatları analiz edərək bu cür yüksək sürətlə hərəkət edən 6 yeni ulduz kəşf edilib. Kəşf edilmiş 6 yeni ulduz arasında J0927 və J1235 adlı iki ulduz saniyədə 1500 km-dən yüksək sürətlə hərəkət edir. Belə ki, J1235 adlı ulduz saniyədə 2285 km, J0927 adlı ulduz isə saniyədə 1694 km sürətlə hərəkət edir. Bu cür yüksək sürət halında qalaktikanın qravitasiyası onları yerində saxlaya bilmir. Bu səbəbdən də həmin ulduzlar Süd Yolu qalaktikasından ayrılacaqlar. Yerdə qalan 4 ədəd ulduz isə saniyədə 1000 km-dən yüksək sürətlə hərəkət edir.

# 2418
avatar

Oxşar yazılar