Putinin Şimali Koreya liderinə hədiyyə etdiyi limuzinin  inanılmaz özəllikləri
26 fevral 2024 12:48 (UTC +04:00)

Putinin Şimali Koreya liderinə hədiyyə etdiyi limuzinin inanılmaz özəllikləri

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Aurus Senat limuzini hədiyyə edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, limuzinin üstün özəllikləri diqqət çəkib. 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin sentyabrda Kimin Rusiyaya səfərindən sonra avtomobili ona hədiyyə etməyi qərara alıb. “Vostoçnı” kosmodromuna ekskursiya zamanı Kimə Putinin maşınına minmək təklif olunub. 

Peskov Kimin avtomobilə heyran olduğunu və ona bir avtomobil hədiyyə etmək qərarına gəldiklərini ifadə edərək, "Şimali Koreya bizim qonşumuz, yaxın qonşumuzdur" deyib.

Aurus Senat limuzininin özəllikləri

Auriz Senat limuzini “Porsche”nin köməyi ilə hazırlanmış 4,4 litrlik V8 hibrid mühərriki ilə təchiz edilib və daxili yanma mühərriki 598 at gücünə (440 kVt) və 880 Nm-ə malikdir. Elektrik mühərriki 62 at gücünə malikdir.

2018-ci ildə istehsalına başlayan model, iki turbolu birbaşa püskürtmə mühərriki ilə saatda 100 kilometr sürəti 9 saniyəyə yığa bilir.

Model 9 pilləli avtomatik transmissiyaya malikdir və onun təkərləri 20 düymdür.

Avtomobilin ölçüləri aşağıdakı kimidir:

Uzunluğu: 6 metr 63 santimetr

Eni: 2 metr 2 santimetr

Hündürlüyü: 1 metr 69,5 santimetr

Zirehli modelin çəkisinin 6 tondan artıq olduğu açıqlanıb.

Daha əvvəl Putinin şəxsi özəl maşınının 7 min 200 kiloqram ağırlığında olduğu bildirilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5517
avatar

Oxşar yazılar