Prosessorlu yeni planşet hazırlanır
04 sentyabr 2023 10:58 (UTC +04:00)

Prosessorlu yeni planşet hazırlanır

 Huawei şirkətinin yenicə təqdim etmiş olduğu Mate 60 və Mate 60 Pro smartfonları Kirin prosessoru vasitəsilə çalışırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görünür, bu smartfonlar şirkətin Kirin prosessoru vasitəsilə çalışacaq yeganə yeni məhsulları olmayacaqlar. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Huawei Kirin 9 seriyasına daxil olan prosessorlardan birinə sahib yeni planşeti test etməyə başlayıb.

    İnsayder həmçinin əlavə edib, şirkət yaxın gələcəkdə həmin prosessor vasitəsilə çalışacaq daha bir neçə məhsulunu təqdim edəcək. Şirkətin hansı Kirin prosessorlarını geri qaytarmaq istəməsi barəsində bir məlumat yoxdur. Məsələn yenicə təqdim edilmiş Mate 60 smartfonlarında istifadə edilən prosessor Kirin 9000-ə bənzəyir və performans baxımından o, Snapdragon 888 səviyyəsindədir. Huawei şirkətinin Kirin prosessorlu yeni planşetinin nə zaman təqdim olunacağı bilinmir.

# 2322
avatar

Oxşar yazılar