Müasir dünyada kibertəhlükəsizlik - Bu gün  hansı problemlərlə  üzləşirik?
19 oktyabr 2023 18:20 (UTC +04:00)

Müasir dünyada kibertəhlükəsizlik - Bu gün hansı problemlərlə üzləşirik?

Müasir “hiperəlaqəli” dünya nə biznes, nə də hökumətlər tərəfindən göz ardı edilə bilməyən kiber təhlükələrlə doludur. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu kibertəhlükələrlə mübarizə aparan peşəkarlar daim öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Bu da onlara təhlükələri müəyyən etməyə və onların qarşısını uğurla almağa imkan verir.

Kiber təhdidlər necə və niyə dəyişdi?

Son vaxtlar kibertəhlükəsizlik sahəsində təhdidlər daha mürəkkəb və strukturlaşdırılıb.  Əgər əvvəllər kiberhücumların əksəriyyəti qarajlarında viruslar hazırlayan tək hakerlər tərəfindən həyata keçirilirdisə, indi biz bəzən dövlətlər və müxtəlif təşkilatlar tərəfindən maliyyələşdirilən bütün ekosistemlərlə məşğul oluruq. 

Bildirilir ki, kibertəhlükəsizlik mütəxəssislərinin üzləşdiyi problemlər son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. Və bunda ciddi rol təkcə bir çox şirkətlərin öz proqramlarını və digər məlumatlarını bulud yaddaşına köçürməyə başlaması deyil, həm də 2019-cu ildə koronavirus pandemiyasıdır. O vaxtdan bir çox insanlar uzaqdan işləməyə başlayıblar - evdən, iş yerlərindən, kafelərdən və digər yerlərdən və bu, kibertəhlükəsizlik sahəsinə böyük təsir göstərib. Çünki mütəxəssislər üçün hansı işçilərin şirkət məlumatlarına nə vaxt haradan qoşulduğunu izləmək çətinləşib. Bütün bunlar, təbii ki, cəmi bir neçə il əvvəl az adamın ağlına gələ bildiyi problemlərin yaranmasına səbəb olub.

Bununla bağlı nə etmək olar? 

Müasir kibertəhlükələrlə mübarizədə mütəxəssis böyük həcmli məlumatların emalına və informasiya səs-küyünün azaldılmasına kömək edəcək maşın öyrənmə alqoritmlərinin köməyinə laqeyd yanaşmamağı tövsiyə edir. Böyük dil modelləri və generativ süni intellekt təhlükəsizlik əməliyyatları mərkəzlərinin analitiklərinə kibertəhlükələrlə mübarizədə çox kömək edə bilər. 

Mütəxəssislərin fikrincə, kibertəhlükələrlə mübarizədə əsas məqamlar həm də informasiya sistemlərinin şəffaflığının təmin edilməsi və işçilərin kiber risklər barədə məlumatlılığının artırılmasıdır.

“Bizim sənayedə tez-tez deyilir ki, ən zəif əlaqə klaviatura ilə stul arasındadır. Amma insanı günahlandırmaqdansa, onu maarifləndirmək, məlumatlandırmaq, gördüyü işlərə daha çox məsuliyyətlə yanaşmağı öyrətmək lazımdır”, - mütəxəssis qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Sevinc Fərid

Oxşar yazılar