Milyarderin yüz arzusundan biri: KOSMOSDA BADMİNTON OYNAMAQ    
19 noyabr 2021 21:31 (UTC +04:00)

Milyarderin yüz arzusundan biri: KOSMOSDA BADMİNTON OYNAMAQ   

Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək heyət Qazaxıstana gəlib.

Lent.az-ın “Roskosmos”a istinadla xəbərinə görə, rus kosmonavt Aleksandr Missurkin, yaponiyalı milyarder Yusaki Maezava və onun köməkçisi Yozo Hirano artıq Baykonurdadırlar.

Onlar Moskvadakı hazırlıq mərhələsini başa vurublar.  Həftə sonu gələcək kosmonavtlar “Soyuz” kosmik gəmisinin iş rejimi ilə tanış olacaqlar. Bundan sonra növbəti intensiv təlimlər başlayacaq. Yaponiyalılar BKS-də 12 gün qalacaqlar.

Maezava jurnalistlərə bildirib ki, BKS-də 100 iş həyata keçirməyi planlaşdırıb. Əsas arzusu isə çəkisizlik şəraitində badminton oynamaqdır. 
 

# 2559
avatar

Oxşar yazılar