Meta şirkəti yeni super kompüterini  təqdim etdi: 16 terabayt   həcm.. - VİDEO
26 yanvar 2022 18:07 (UTC +04:00)

Meta şirkəti yeni super kompüterini təqdim etdi: 16 terabayt həcm.. - VİDEO

Dünyaca məşhur Meta şirkəti yeni superkompüter yaratdığını elan edib. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, AI Research SuperCluster (RSC) adlı bu kompüter süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. 

Yeni texnologiyanın dünyanın ən sürətli kompüteri olacağını bildiriblər. 

Məlumata görə, cihaz yay fəslində tam hazır olduqdan sonra özündə 16 min ədəd NVIDIA A100 qrafik prosessorunu birləşdirəcək. Kompüter saniyədə 16 terabayt həcminə qədər məlumatları emal edə biləcək. 

Qeyd edək ki, bu layihənin hazırlanmasına nə qədər vəsaitin xərcləndiyi haqqında məlumat verilməyib. 


 

# 1887
avatar

Sevinc Fərid

Oxşar yazılar