Məşhur TV kanalından işçilərinə  "TikTok" qadağası
21 mart 2023 07:36 (UTC +04:00)

Məşhur TV kanalından işçilərinə "TikTok" qadağası

Britaniya Yayım Korporasiyası BBC əməkdaşlarına məxfi məlumatları qorumaq üçün Çin sosial şəbəkə tətbiqi "TikTok"u iş telefonlarından silməyi tövsiyə edib.

Lent.az-ən TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi korporasiya martın 19-da işçi heyətinə göndərdiyi bildiriş dərc edərək bildirib.

“Bu qərar bütün dünya üzrə dövlət qurumlarının məxfilik və təhlükəsizliklə bağlı qaldırdığı narahatlıqlara əsaslanır", - bildirişdə deyilir:

“Əgər sizin BBC şirkətinə məxsus cihazınız varsa və iş üçün "TikTok"a ehtiyacınız yoxdursa, TikTok korporativ BBC cihazlarından silinməlidir. "

# 2736
avatar

Oxşar yazılar