Kosmosu heç belə görməmisiniz – NASA-dan YENİ FOTO
11 may 2022 17:31 (UTC +04:00)

Kosmosu heç belə görməmisiniz – NASA-dan YENİ FOTO

Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) Süd yolu (Samanyolu) qalaktikasının kiçik peyk qalaktikası olan Böyük Magellan buludunun ətraflı görüntüsünü paylaşıb.

Lent.az bildirir ki, NASA-nın saytında yer alan xəbərə görə, şəkil 25 dekabr 2021-ci ildə kosmosa buraxılan “James Webb” kosmik teleskopunun ən soyuq cihazı olan Orta İnfraqırmızı Cihazı (MİRİ) fokuslanarkən çəkilib.

MİRİ sınaq təsviri (7,7 mikronda) Böyük Magellan buludunun bir hissəsini ehtiva edir.

Eyni görüntülər yaxın və orta infraqırmızı kainatın yüksək keyfiyyətli təsvirlərini təmin edən “Spitzer” teleskopundan çəkilib. Lakin “James Webb”in təsvirində əvvəllər “Spitzer”də olmayan misli görünməmiş detallarda ulduzlararası qaz gözə çarpır.

“James Webb”in üzərində yerləşdirilmiş 18 inkişaf etmiş güzgü seqmentinin hər biri “Spitzer”dəkindən daha böyükdür ki, bu da infraqırmızı səmanı gücləndirilmiş aydınlıq və daha çox araşdırma ilə izləməyə imkan verir.

Qeyd edək ki, 2021-ci il dekabrın 25-də NASA dünyanın ən böyük və ən qabaqcıl kosmik teleskopu “James Webb”i kosmosa göndərib.

NASA-nın Avropa və Kanada kosmos agentlikləri ilə əməkdaşlığının məhsulu olan “James Webb”in indiyə qədər qurulmuş, 31 yaşı olan və iş ömrünün sonuna yaxınlaşan ən böyük və güclü “Hubble” kosmik teleskopunu əvəz edəcəyi gözlənilir.

 

# 2466
avatar

Oxşar yazılar