Yaponiyada 4 mindən çox adam kosmonavtlıqla bağlı müsabiqədə iştirak etmək üçün müraciət edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Kyodo agentliyi Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) istinadla məlumat verib.
Namizədlər 4 mərhələdə imtahandan keçdikdən sonra gələn fevralda təlimə cəlb ediləcək və işə başlayacaqlar.
İddiaçılardan azı 3 il iş stajı və ali təhsil tələb olunur. Müsabiqədən keçən şəxslər ilk mərhələdə aylıq 360 000 yen (5 200 AZN) maaşla təmin olunacaq. Məqsəd yaxın illərdə Aya uçacaq heyəti hazırlamaqdır.