“Apple” şirkəti istehsalın bir qismini Çindən köçürmək istəyir.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edir ki, “Apple” istehsalı digər asiya ölkəsinə köçürməyi planlaşdırır. İlk növbədə Hindistan və Vyetnama üstünlük verilir. Şirkət həmçinin tayvanlı təchizatçılardan asılılığını azaltmağı planlaşdırır.
"Apple" şirkətini bu addımı atmağa Çindəki müəssisədə ötən ay baş verən etiraz aksiyaları vadar edib. “iPhone Pro” modelinin 85%-i burada yığılır.